ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna üzrə təmas qrupunun iclasında və NATO ölkələrindən olan həmkarları ilə görüşlərdə iştirak etmək üçün Brüsselə səfərini ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
"Nazir bu həftə Brüsselə getməyəcək", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, səlahiyyətlərini müavini Ketlin Hiksə həvalə edib. O, səhhətində yaranan problemlər səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ABŞ-nin rəhbərlik etdiyi təmas qrupunun görüşü fevralın 14-nə planlaşdırılıb.