Liberiyanın müdafiə naziri, on gün əvvəl Müdafiə Nazirliyinə rəhbər təyin edilən şahzadə III Çarlz Conson hərbçilərin arvadlarının etirazları nəticəsində istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Liberiya prezidentinin administrasiyası məlumat yayıb.
"Prezident müdafiə nazirinin istefa ərizəsini qəbul edib və ona razılıq verib", - məlumatda qeyd olunur.
Liberiya ordusunun aşağı rütbəli üzvlərinin arvadları son iki gündür paytaxt Monroviyada etiraz aksiyaları keçirərək, əsas magistral yolları bağlayıblar. Onlar ərlərinin maaş və pensiyaların artırılmasını, sosial müavinətlərin verilməsini tələb ediblər. Onlar, həmçinin, Malidən qayıdan Liberiya sülhməramlılarına ödənişləri kəsən yeni müdafiə nazirinin istefasını tələb ediblər.
Nuranə Abbasova