ABŞ prezidenti Co Bayden ABŞ müdafiə naziri Lloyd Ostinin istefaya getməsini istəmir.
"Unikal" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Qeyd edək ki, prostat vəzi xərçəngi ilə mübarizə aparan Ostin yenidən xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirildikdən sonra Pentaqon rəhbəri səlahiyyətlərini müavini Ketlin Hiksə verib.
Nuranə Abbasova