Uktayna Müdafiə Nazirliyinin Hərbi-texniki siyasət departamentinin sabiq rəhbəri Aleksandr Liyev həbs olunub.
"Unikal" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumatda bildirilir ki, Lvov arsenalında hərbi satınalmalar zamanı mənimsəmə işi üzrə təqsirləndirilən Aleksandr Lievin həbsinə Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərar verib.
O, müdafiə təchizatı sahəsində oğurluqda şübhəli bilinir. Məhkəmə onun 50 milyon qrivna (1,3 milyon dollar) məbləğində girov yazmaq imkanı ilə aprelin 8-dək həbs edilməsinə qərar verib.