Gürcüstan həbsxanalarında 100 Azərbaycan vətəndaşı cəza çəkir.

"Unikal" xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib.

Gürcüstanda ümumilikdə 821 əcnəbi saxlanılır.

Qeyd olunub ki, ölkə həbsxanalarında hazırda 14 Misir, 28 Ermənistan, 31 Hindistan, 53 Ukrayna, 57 İran, 100 Azərbaycan, 121 Rusiya və 229 Türkiyə vətəndaşı olmaqla ümumilikdə 821 əcnəbi saxlanılır.