İllik tibbi müayinənin bir hissəsi kimi Amerika prezidenti Co Baydenin əqli qabiliyyətlərini qiymətləndirməyə ehtiyac yoxdur.
"Unikal" xəbər verir ki, bu fikri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer səsləndirib.
Ağ Ev sözçüsü Baydenin əqli probleminin olmadığını deyib:
"Onun iti ağlı var və vəziyyətə nəzarət edə bilir. Onunla saysız-hesabsız saatlar keçirilib və Prezidentin əqli cəhətdən sınaqdan keçirilməsinə ehtiyac duymuruq", - deyə Karin bildirib.
O, buna sübut kimi Baydenin KİV nümayəndələrinin suallarına tez və istehza ilə cavab verə bildiyini göstərib.
Nuranə Abbasova