Ermənistanda İnzibati məhkəmə Məhəmməd Mukarmean adlı xarici vətəndaşın Ermənistan prezidentinə qarşı iddiasını təmin edib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, indi Vaaqn Xaçaturyan şikayətçiyə vətəndaşlıq verməyə məcbur olacaq. 

Bildirilib ki, o, 2021-ci ildə Ermənistan vətəndaşlığı üçün müraciət edib, lakin Vaaqn Xaçaturyan Nikol Paşinyandan ərizənin rədd edilməsi barədə qərar layihəsi aldığını əsas gətirərək  onu imzalamayıb. 

Məhkəmə Məhəmməd Mukarmeanın iddiasını təmin edərək, prezidentin, baş nazirin, Miqrasiya və Vətəndaşlıq Xidmətinin, Vətəndaşlıq Məsələləri üzrə İdarələrarası Komissiyanın və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin arqumentlərini əsaslandırılmış hesab etməyib. 

Ağarza Elçinoğlu