ABŞ-də hava limanında gömrük işçiləri çamadanda mumiyalanmış meymun qalıqları tapıblar. 

“Unikal” xəbər verir ki, Boston şəhərindəki Loqan Beynəlxalq Hava Limanında adi yoxlamalar zamanı gömrük əməkdaşları Konqo Demokratik Respublikasından ABŞ-yə gedən sərnişinin çamadanında naməlum əşya tapıblar.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada, xüsusi təlim keçmiş K9 iti Buddey sayəsində əşyaların mumiyalanmış 4 meymun qalığı olduğu üzə çıxıb.

Məlum olub ki, sərnişin meymunları yemək üçün özü ilə aparırmış. Vəhşi heyvan ətinin Ebola kimi epidemik xəstəliklərə səbəb ola biləcəyi üçün ölkəyə girişinin qadağan edildiyini xatırladaraq, meymun cəsədlərinin ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən məhv ediləcəyi bildirilib.

Zərifə Nağıyeva