Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

"Unikal" xəbər verir ki, əməliyyat nəticəsində 2 erməni hərbçisi məhv edilib, daha bir nəfər yaralanıb. Həmçinin dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Erməni KİV-in məlumatına görə, məhv edilən hərbçilər həm də "Torpaq Mühafizəsi" adlı hərəkatın üzvləri olublar. Hərəkat 1993-cü ilin iyulunda Ermənistan Respublikasının ilk müdafiə naziri Vazgen Sarkisyan tərəfindən hərbi məqsədlərlə təsis edilib. O, Birinci Qarabağ müharibəsi zamanı terrorçu dəstələrin hərbi və siyasi komandirlərindən biri idi.

2019-cu ildən hərəkata "Sasun" könüllü dəstəsinin komandiri, erməni deputat Sasun Mikayelyan rəhbərlik edir. 

Ağarza Elçinoğlu