Fələstin prezidenti Mahmud Abbasın Moskvaya səfərə dəvəti var və Rusiya hakimiyyəti onun hər iki tərəf üçün əlverişli vaxtda gələcəyinə ümid edir.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

Bundan əvvəl Abbas Moskvaya gəlməyi planlaşdırırdı. Səfər 2023-cü il noyabrın 15-nə planlaşdırılmışdı, lakin Fələstin tərəfinin tələbi ilə ləğv edilib.