Ottavada gəlin toya gələn qonaqlardan hədiyyə olaraq 1,5 min Kanada dolları (təxminən 1,894 AZN) istəyib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  lakin dostlarının və qohumlarının çoxu onun xahişini rədd edib.

Gəlin bundan sonra toyu ləğv edib, həmçinin də bəydən ayrılıb. Bildirilir ki, Susan adlı qız toydan əvvəl ekstrasensə gedib. O,  ekstrasensin məsləhəti ilə dəbdəbəli toy etmək qərarına gəlib. Cütlük mərasimə təxminən 60 min Kanada dolları xərcləyib. 

Xərcləri qarşılamaq üçün Susan qonaqların hər birindən toyda iştirak üçün 1,5 min Kanada dolları tələb edib. Lakin mərasimə gələnlər onun xahişini rədd edib.

Qonaqların 1,5 min Kanada dolları vermək istəməməsi səbəbindən toy etməkdən imtina edib və bəydən ayrılıb.

Gəlin bu reaksiyaya qəzəblənib. Nəticədə sevgililər nəinki toyu ləğv ediblər, hətta ayrılmaq qərarına gəliblər. Susan sosial şəbəkədə ayrıldığını elan etsə də, sevdiklərindən pul tələb etdiyi üçün üzr istəməyib. O, bəzi qohumlarının və dostlarının ona daha böyük məbləğdə pul verdiyini bildirib.

Gülayə Mecid