Kreml rəsmisi Dmitri Peskov Rusiya Daxili İşlər Nazirliyinin Estoniyanın baş naziri Kaya Kallas və Litvanın mədəniyyət naziri Simonas Kayrisi niyə axtarışa verdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Peskovun sözlərinə görə, söhbət Estoniya və Litvada sovet abidələrinin sökülməsindən gedir.

"Bunlar tarixi yaddaşa qarşı qəzəb doğuran qərarlara görə məsuliyyət daşıyan insanlardır. Bunlar tarixi yaddaşa və ölkəmizə qarşı düşmənçilik edən insanlardır”, - Peskov izah edib.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaya Kallas və Litvanın mədəniyyət naziri Simonas Kayrisi axtarışa vermişdi.

Qeyd olunur ki, Kallas da Kayris kimi Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır. 

***12:46

Rusiya Estoniyanın Baş naziri Kaya Kallası axtarışa verib.

"Unikal" xəbər verir ki, Estoniya hökümətinin rəhbəri haqqında məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.

Bildirilir ki, Rusiya Estoniyanın dövlət katibi Taymar Peterkopu da axtarışa verib. 

Gülayə Mecid