Çin İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərinə endirdiyi zərbələri pisləyir və genişmiqyaslı humanitar fəlakətin qarşısını almaq üçün İsraili hərbi əməliyyatı mümkün qədər tez dayandırmağa çağırır.

"Unikal" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirli bəyanat yayıb. 

"Çin Rəfahdakı hadisələrin inkişafını diqqətlə izləyir. Biz (İsrailin zərbələrinə – red.) qarşıyıq və mülki əhaliyə zərər vuran və beynəlxalq hüquqa zidd hərəkətləri pisləyirik", - deyə bəyanatda bildirilir.

Çin Xarici İşlər Nazirliyi bir daha Pekinin Qüdsə Rəfahda və ümumilikdə Qəzza zolağında hərbi əməliyyatları mümkün qədər tez dayandırmaq üçün müraciətini təkrarlayıb.

Gülayə Mecid