Qərb üçün jurnalistlərə qarşı təhdidlər, onların azadlıqdan məhrum edilməsi və hətta qətllər normaya çevrilib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat qeyd edib ki, bu cür hərəkətlər “Qərb neoliberal demokratiya modelinin yanılmazlığı haqqında mif”i tamamilə məhv edir və əslində bu ölkələrin vətəndaşlarının maraqlarına qarşı yönəlib, çünki onlar dünyada baş verən hadisələrlə bağlı obyektiv məlumat əldə etməkdən məhrumdurlar.

"Bu cür repressiyalar, açıq-aydın, əlverişsiz həqiqətin yoluna maneə yarada bilməz ", - Zaxarova vurğulayıb.

Gülayə Mecid