Çexiya Xarici İşlər Nazirliyi Rusiya və Belarus vətəndaşlarına viza və yaşayış icazələrinin verilməsinə qoyulan qadağanın müddətinin uzadılmasını təklif edib. 
"Unikal"
xəbər verir ki, əvvəllər təqdim olunan qaydalar bu il martın 31-dək qüvvədədir. Agentlik qadağanın daimi olmasını istəyir. Bu barədə Ceske Noviny məlumat yayıb.

Eyni zamanda, bu qaydalar artıq yaşayış icazəsi olan ruslara və belaruslara şamil edilmir.

Çexiya hökuməti Rusiyanın Ukraynaya müdaxiləsindən az sonra humanitar hallar istisna olmaqla, Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb. 
Onlara Çexiya hava limanlarından vizasız tranzit də qadağan edilib.