Rusiya Daxili İşlər Nazirliyi Ukrayna istintaq təcridxanalarının rəhbərlərini axtarışa verib.
"Unikal"
xəbər verir ki, söhbət Aleksandr Balduk və Yevgeni Bartoşçakdan gedir.

Departamentin axtarış məlumat bazasından göründüyü kimi, onlar Kiyev və Xarkov təcridxanalarına rəhbərlik edirlər.

Bəzi məlumatlara görə, yuxarıda adı çəkilən istintaq təcridxanalarında rus hərbi əsirlərə işgəncə verilib.

Ötən ilin mayında Rusiya İstintaq Komitəsinin rəhbəri əsirlikdən qayıdan iki rus hərbçisinin ifadəsi əsasında Balduk və Bartoşçaka qarşı cinayət işlərinin açıldığını bildirmişdi.

Aleksandr Bastrıkin qeyd edib ki, istintaq təcridxanasının rəislərinin hərəkətlərində qadağan olunmuş döyüş vasitələrindən və üsullarından istifadə maddəsi ilə cinayətin əlamətləri var.