Cənubi Afrika Prezidenti silahlı qruplarla mübarizə aparmaq üçün Konqo Demokratik Respublikasına 2900 əsgər göndərəcək.

"Unikal" xəbər verir ki, dünən edilən açıqlamada Cənubi Afrika Prezidentliyi 2900 əsgərin Konqo Demokratik Respublikasında silahlı qruplara qarşı xidmətə göndəriləcəyini açıqlayıb.

Cənubi Afrikalı əsgərlərin dekabrın 15-dək xidmət edəcəyi də bildirilib.