Kembric Universitetinin alimləri bildiriblər ki, orta dərəcədə spirt istehlakı, sağlam yuxu və qidalanma, həmçinin fiziki və sosial aktivlik depressiyanın qarşısını almaq üçün tədbirlər kimi düşünülə bilər.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi məlumatlara görə, hər iyirmi yaşlıdan biri depressiyadan əziyyət çəkir. Bu psixi pozğunluq əhval-ruhiyyənin davamlı azalması və düşüncə pozğunluğu ilə özünü göstərir.

İngiltərə Biobankına daxil olan təxminən 290.000 nəfərin məlumatlarını təhlil etdikdən sonra elm adamları tədqiqatda iştirak etmək üçün depressiyadan əziyyət çəkən 13.000 könüllü müəyyən ediblər. Depressiyada olan və olmayan insanların davranışını və həyat tərzini müəyyən etmək üçün bütün subyektlər doqquz il ərzində müşahidə edilib.

Müəyyən edilib ki, nizamlı və keyfiyyətli yuxu depressiyaya düşmə riskini 22% azaldır. Ünsiyyət və aktiv sosial həyat bu pozğunluq ehtimalını 18%, orta dərəcədə spirtli içki qəbulu 11%, düzgün qidalanma 6%, müntəzəm fiziki fəaliyyət -14%, siqaretdən imtina 20% və orta dərəcədə aktiv həyat tərzi 13% azaldır. 

Nuranə Abbasova