Fransa Fələstin dövlətini tanıması təklifini bu gün parlamentə təqdim edəcək.

"Unikal" xəbər verir ki, bunu Fransanın LFI Partiyasının Parlament Qrupunun sədr müavini Panot bildirib.

Panot qeyd edib ki, sözügedən təklif çərçivəsində Fransadan Fələstin dövlətini BMT çərçivəsində tanımasını istəyəcəklər. Fransada müxalif “Yalmaz Fransa” (LFI) Partiyasının parlamentə “Fransanın Fələstin dövlətini tanıması” çağırışı ilə çıxış edəcəyi bildirilib .

LFI Parlament Qrupunun sədr müavini Mathilde Panot partiyasının həftəlik mətbuat konfransında verdiyi açıqlamada Fələstində dəhşətli hədlərin keçildiyini və oradakı vəziyyətdən narahat olduqlarını bildirib.

Panot bildirib ki, onun partiyası Fransanın Fələstin dövlətini tanıması təklifini bu gün parlamentə təqdim edəcək.

Panot, sözügedən təklif çərçivəsində Fransadan Fələstin dövlətini Birləşmiş Millətlər Təşkilatı ( BMT ) daxilində tanımasını istəyəcəklərini qeyd edərək, Qəzzadan qayıdan Fransız həkim heyəti ilə bu gün parlamentdə görüşəcəklərini bildirib.

Panot Netanyahunun indi də daha əvvəl "qırmızı xətt" meydana gətirən Rəfah şəhərinə hücuma keçdiyini bildirib və bütün birliklərin Rəfahdakı bu hücumların "qan gölünə" çevriləcəyini bəyan etdiyini deyib.

Bütöv bir əhalini cənuba sığınmağa məcbur etmək, daha sonra isə eyni yerdə çadırlarda yaşayan insanları hədəfə almaqla hansı mesajın verildiyini bilmirəm”. Panot belə davranaraq, “İsrail soyqırım niyyətini ortaya qoydu” deyib.

Sözügedən vəziyyətlə bağlı narahatlığını ifadə edən Panot qeyd edib ki, “Fransa Netanyahunun Qəzzadakı qətliamları dayandırması üçün bu ölkəyə qarşı sanksiya mövzusu haqqında daha yüksək səslə danışmalıdır”.