Prezident Rəcəb Tayyib Ərdoğan Ərzincanın İliç rayonunda mədən sahəsində torpaq sürüşməsi ilə bağlı tapşırıqlar verib.

"Unikal" xəbər verir ki, Ərzincan valisi Həmzə Aydoğdudan Ərzincanda mədəndə baş verən sürüşmə ilə bağlı ölkə başçısından məlumat alıb.

Ərdoğan davam edən axtarış-xilasetmə işləri üçün bütün vasitələri səfərbər etməyi tapşırıb.

Dəhşətli hadisədən sonra ən azı 9 nəfərin yerin altında qaldığı bildirilib. 

Vali Aydoğdu prezident Ərdoğana itkin düşənlərin tapılması üçün başladılan axtarış-xilasetmə işlərinin son vəziyyətini çatdırıb.

Prezident Ərdoğan davam edən axtarış-xilasetmə işləri üçün bütün resursların səfərbər edilməsini istəyib.