Anapada çoxmərtəbəli binada baş verən yanğın nəticəsində binanın bütün çardağı uçub.

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Evin dam örtüyü qismən dağılıb və yanğın mənzillərə keçib. Yanğın nəticəsində azı 32 mənzilə ziyan dəyib.

112-si uşaq olmaqla 440 nəfər təxliyə edilib.

Yanğın 11 mərtəbəli binanın çardağından başlayıb. Yanğın sahəsi min kvadratmetrə çatıb.

Nuranə Abbasova