“Vogue” jurnalının ekspertləri 2024-cü ilin yazında zeytun yaşılı paltarların dəbdə olacağını açıqlayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə jurnalın saytında məlumat yerləşdirilib.

Stilistlər yüksək belli düz cins şalvarlara, dar maksi donlara və qırışlı parçadan tikilmiş uzunqollara diqqət yetirməyə çağırıblar.

Bundan əvvəl məşhur stilist Aleksandr Roqov 2024-cü ilin əsas trendlərini sadalamışdı. Mütəxəssis köhnə əşyalara və kovboy tərzinə diqqət yetirməyi tövsiyə etmişdi. O, çantaların üzərində çoxlu sayda bəzəklərin aktuallığını da qeyd edib.