Çilidə 6,1 bal gücündə zəlzələ baş verib.
"Unikal"ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri La Serena şəhərindən 123 km şimal-qərbdə olub. Təkanların ocağı 30 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.