Xəbər verdiyimiz kimi, İranın Şahrekord və Büricin şəhərləri arasında qaz kəmərində güclü partlayış baş verib.

"Unikal"ın məlumatına görə, partlayış və onun nəticələri o qədər böyükdür ki, onlar 60 km-ə qədər uzaqdan görünə bilər.

***08:20

İranın Bürucin şəhərində magistral qaz kəmərində partlayış baş verib.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb. Xəsarət alan barədə məlumat verilməyib.

Bürucin şəhərinin meri bu hissədə qazın verilişinin dayandırıldığını bildirib. Hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları çalışır.