Qəzza zolağında müvəqqəti atəşkəs və Fələstinin HƏMAS hərəkatının saxladığı israilli girovların azad edilməsinə dair razılaşma üzrə dünən Qahirədə baş tutan  danışıqlarda irəliləyiş olmadığı üçün daha üç gün uzadılıb.

"Unikal" xəbər verir ki, bu barədə “The New York Times” Misir rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, danışıqların ilk gününün yekunlarına görə, görüş iştirakçıları razılığa gələ bilməyiblər. Məlumata görə, müzakirələr İsrail həbsxanalarında saxlanılan neçə fələstinli məhbusun keçən il oktyabrın 7-də Həmas yaraqlıları tərəfindən oğurlanmış məhbuslarla dəyişdirilə biləcəyi ilə bağlıdır.

ABŞ rəsmisi NYT-yə bildirib ki, danışıqlar növbəti üç gün ərzində daha aşağı səviyyədə aparılacaq.