Roma Papası Fransisk Ukrayna məsələsində vasitəçi kimi çıxış etməyə hazırdır, lakin Qərb münaqişənin həllinə mane olur. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Vatikandakı səfiri İvan Soltanovski bildirib. 

"Xüsusi hərbi əməliyyat başlayandan sonra biz Roma Papasından Ukrayna tərəfi ilə dialoqun qurulması məsələsində vasitəçilik təklifi aldıq və bu, sonradan dəfələrlə təkrarlandı. Əsl maneə həm Rusiya ilə danışıqlara qanuni qadağa qoyulması ilə ifadə olunan Ukrayna hakimiyyətinin, həm də Kiyev rejimini müasir silahlarla silahlandıran və bununla da onu davam etdirməyə sövq edən kollektiv Qərbin danışıqlara ehtiyacı rədd etməsidir", - diplomat qeyd edib.

O, Müqəddəs Taxt-tacın böhranın əvvəlindən neytral və balanslı mövqe tutduğunu vurğulayıb: "Biz bilirik ki, Papa Fransisk hərbi əməliyyatları qəbul etmir. Biz onun sabit və ədalətli sülhün bərqərar olmasına yönəlmiş səylərini yüksək qiymətləndiririk". 

Ağarza Elçinoğlu