Yaponiyanın qərbindəki İşikava prefekturasında və Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 241-ə yüksəlib.

"Unikal" xəbər verir ki, İşikava prefekturasının qubernatorluğundan verilən açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayı artıb. 

Açıqlamada 13 mindən çox insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 11 nəfərin axtarışlarının davam etdiyi bildirilib.  

Mərkəzi hökumət, yenidənqurma layihələri çərçivəsində yaşı müəyyən həddi aşan ev təsərrüfatları üçün hər evə 6 milyon yen (41 min dollar) yardım edəcəyini açıqlayıb.