Ermənistanda qoşunların birləşmiş qrupuna komandan təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyanın fərman imzalayıb. 

Bildirilib ki, Baş nazirin təqdimatı əsasında bu vəzifəyə Artak Budaqyan təyinat alıb. 

Bundan əlavə, Kamo Koçunts Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib. Həmin gün Artur Yeroyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin olunub. 

Ağarza Elçinoğlu