Hindistanda yanğın zamanı ağır xəsarət alan qadının müalicəsi maddi imkansızlıq səbəbindən yarımçıq qalıb.

"Unikal" xəbər verir ki, qadını yenidən evə gətirəndə və uzun müddət gözlərini açmayanda əri onun öldüyünü zənn edib.

Bundan sonra kişi qısa zamanda dəfn işlərinə  başlayıb. Belə ki, 52 yaşlı qadın krematoriumda kremasiya olunmaq üzrəykən gözlərini açıb. Kişi hadisədən şoka düşüb, tabutdan çıxarılan qadın isə yenidən evə aparılıb.