ABŞ prezidenti Co Baydenin Latın Amerikası üzrə baş müşaviri istefa verəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Qeyd edilib ki, bu, Vaşinqtonun regionda, xüsusən də Venesuelada demokratik islahatlar həyata keçirməsi səylərini çətinləşdirə bilər.

Qeyd olunur ki, Qonzales öz postunda Venesuela prezidenti Nikolas Maduronu azad və ədalətli seçkilər keçirməyə razı salmağa çalışmaqda əsas rol oynayıb.

Qonzalesin martın ortalarında təqaüdə çıxması planlaşdırılır və onun yerini müdafiə nazirinin Qərb yarımkürəsi üzrə köməkçisinin hazırkı müavini Daniel Erikson tutacaq.

Ağarza Elçinoğlu