Almaniya xarici işlər naziri Annalena Berbok İsrailə səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Berbok fevralın 14-15-də İsraildə səfərdə olacaq. Məlumata görə, bu, Berbokun oktyabrın 7-dən bəri İsrailə beşinci səfəridir.