İndoneziya Müdafiə Nazirliyinin rəhbəri Prabovo Subianto 60%-dən çox səslə seçkilərdə liderdir.

"Unikal" xəbər verir ki, bu barədə "İndikator" sosioloji mərkəzi məlumat yayıb.

Rəsmi rəqəmlərin daha sonra açıqlanması gözlənilir və bütün səslərin hesablanması bir neçə həftə çəkə bilər. İlkin nəticələr göstərir ki, Prabovo Subiantonun rəqibləri - keçmiş Cakarta qubernatoru Basvedan Anis və Mərkəzi Yavanın keçmiş qubernatoru Ganjar Pranovo müvafiq olaraq 23,38% və 16,9% səs toplayıb.

***12:02

270 milyondan çox əhalisi olan İndoneziyada hazırkı prezident Coko Vidodonun səlahiyyət müddəti başa çatdıqdan sonra mandatı təhvil alacaq şəxsin müəyyən edilməsi üçün sorğular keçirilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 200 milyondan çox seçici prezident və vitse-prezidenti, həmçinin deputatları və yerli nümayəndələri seçəcək.

Prezidentliyə üç namizəd mübarizə aparır.

Təxminən 17 min adadan ibarət olan İndoneziyada seçicilər 890 min nöqtədə səs verəcək. Seçki prosesini 7 milyon məmur izləyəcək.