Bu gün İrəvanda "Ləyaqət" təşəbbüsünün rəhbəri Rafael Ayvazyan döyülüb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, naməlum şəxsin avtomobili Ayvazyanın idarə etdiyi avtomobilə çırpılıb. O, maşından düşən zaman maskalı 3 nəfərin hücumuna məruz qalıb. 

Hadisənin Ayvazyanın ictimai-siyasi fəallığına görə baş verdiyi deyilir. 

Ağarza Elçinoğlu