Xəbər verdiyimiz kimi, ötən Türkiyənin Ərzincan şəhərində qızıl mədənində torpaq sürüşməsi baş verib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində mədəndə işləyən 9 nəfər itkin düşüb.
Daxili işlər naziri Ali Yerlikaya hadisə yerindəki son vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda axtarış-xilasetmə işlərində 1800 nəfər iştirak edir:
"Torpaq altında qalan 9 nəfərdən 5-nin konteynerdə, 3-nün avtomobildə, 1 nəfərin isə başqa ərazidə yük avtomobili içərisində olduğu ehtimal edilir. Axtarışlar fasiləsiz davam etdirilir".
Bununla yanaşı, mədən sahəsinin müdiri də daxil olmaqla 4 nəfər hadisə ilə bağlı aparılan istintaqda saxlanılıb.
Gülayə Mecid