Las-Veqasda baş verən ailə dramı dünya mətbuatında da əksini tapıb.

"Unikal" xəbər verir ki, doqquz yaşlı uşaq anasının satdığı narkotikləri aşkar edərək polisə təhvil verib. Hadisədən sonra qadın saxlanılıb, lakin o, iddiaları təkzib edib.

Buna baxmayaraq, qadının evinə baxış keçirilib və vanna otağından narkotik maddələr tapılıb. 

Polislər uşağa onunla fəxr etdiklərini və onun düzgün hərəkət etdiyini söyləyiblər.