"Döyüş meydanında baş verənlərlə bağlı araşdırma gedir".
"Unikal" xəbər verir ki, bunu "Yer Mühafizəsi" hərəkatının prezidenti Sasun Mikayelyan deyib.
Onun sözlərinə görə, təxribatın nəticəsi sonra bəlli olacaq: "Məlumat veriləcək, ancaq onu deyə bilərəm ki, hərbçilərin hamısı snayper tüfəngi ilə vurulub".
Xatırladaq ki, DSX-nin erməni təxribatına cavab olaraq fevralın 13-də həyata keçirdiyi "qisas əməliyyatı" nəticəsində 4 erməni hərbçi məhv edilib, bir nəfər yaralanıb.
Onu da deyək ki, Qafan rayonu istiqamətindəki şərti sərhəddə baş verən təxribat nəticəsində əsgər Xəlilzadə Pərviz düşmən snayperinə tuş gələrək yaralanmışdı.
Ağarza Elçinoğlu



















































jpg_1731486413.jpg)



