İsrail ordusunun qırıcı təyyarələri və artilleriyası Livanın cənubundakı “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib.

"Unikal" İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səhər İsrail ordusunun döyüşçüləri Yarun bölgəsindəki “Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirib.

“Bundan əlavə, İsrail əsgərləri Livanın cənubundakı Alma əl-Haib və Əl-Dahira bölgələrində təhlükəni aradan qaldırmaq üçün artilleriya atəşi açıblar”, - mətbuat xidmətinin məlumatında qeyd edilib.