Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın bioqrafik dramı Oppenheimer (2023) Ən Yaxşı Film kateqoriyasında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatını alıb.

"Unikal" xəbər verir ki, ümumilikdə nominasiyaların sayına görə liderlik edən film namizəd olduğu 13 mükafatdan 7-ni qazanıb.

Belə ki, o, Britaniya Akademiyası tərəfindən “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor” (Killian Mörfi), “Ən yaxşı ikinci plan aktyoru” (Robert Dauni Jr.), “Film üçün ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, "Ən yaxşı montaj" nominasiyalarında mükafat alıb.

“Bürünc maskalar” sayına görə ikinci yerdə Yorgos Lantimosun “Kasıblar” (2023) filmi qərarlaşıb. O, beş bürünc maskaya layiq görülüb: "Ən yaxşı aktrisa" (Emma Stoun), "Ən yaxşı vizual effektlər", "Ən yaxşı dizayn", "Ən yaxşı kostyum", "Ən yaxşı makiyaj və saç düzümü".