Ağdamda icra nümayəndəsi qəzada ölüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Cabarrov Fərrux Nazim oğlu 02-BR-360 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əliməmədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışırmış.