Mardində yaşayan və  boyu ilə "dünyanın ən uzun adamı" ünvanını qoruyan Sultan Kösen Losda  "dünyanın ən qısa qadını" ilə görüşüb. 

“Unikal” xəbər verir ki, Mardinin Derik rayonunun Dədə kəndində yaşayan və 2009-cu ildə boyu 2 metr 51 santimetr, əlləri 27,5 santimetr, ayaqları 36,5 santimetrlə Ginnesin Rekordlar Kitabına düşən Sultan Kösen bu rekordu 15 ildir qoruyur. 

Belə ki, Kösen İtaliyada keçirilən Ginnesin Rekordlar Kitabının təqdimat mərasimində iştirak edib və orada 62,8 santimetrlə "dünyanın ən qısa qadını" olan hindistanlı Jyoti Amge ilə görüşüb.

Zərifə Nağıyeva