Həyat yoldaşına və qızına şiddət göstərən Elnur Məmmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov əvvəlcə həyat yoldaşını, daha onra isə azyaşlı qızını təhqir edərək döyüb. Ana həmin ananın görüntülərini videoya çəkərək kömək istəyib. 

*** 18:15

Dövlət Komitəsi və Xəzər RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları atası tərəfindən fiziki zorakılığa məruz qalan azyaşlı və onun ailəsi ilə görüşüblər.

"Unikal" xəbər verir ki, Şüvəlan UADM-in psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqunun iştirakı ilə zərərçəkmiş şəxsin ailəsinə səfər olunub.

Bildirilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Məmmədov Elnur Eltəmas oğlu ilə 2007-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsədə valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib.

Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.

*** 11:40

Azyaşlı övladına qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən bildirilib.  

"Görüntülər araşdırılıb. Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü E. Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir", - açıqlamada deyilir.