“Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyəti idxal bəyannaməsindən yayındığı üçün cərimə olunub.
“Unikal”ın məlumatına görə, QSC Gömrük Qaydaları Əleyhinə Olan Inzibati Xətalar - 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə 1500 manat cərimə olunub. Məhkəmə prosesi 28.02.2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyəti hazırda həbsdə olan iş adamı Rasim Məmmədova məxsus olub. R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. 185 milyon manatlıq yeyintidə təqsirli bilinən
R.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətə azadlıqdan məhrum edilib.
Azər İsrafilov