Ağstafa rayonunda ana uşağına qarşı zorakılıq edib.
"Unikal" xəbər verir ki, uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib.
Hazırda Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparır, müvafiq ekspertiza təyin olunub.
“Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə DİN-in açıqlamasında qeyd olunur.