"Real Madrid" lə 5 illik müqavilə bağlayan Kilian Mbappenin müqaviləsinin detalları müəyyən olub.

“Unikal” xəbər verir ki, anlaşmanın detallarına görə, "Real Madrid" ulduz futbolçuya illik 20 milyon avroya qədər qonorar ödəyəcək. Ona ,həmçinin, 50 milyon avro imza pulu da veriləcək.

Qeyd edək ki, bazar dəyəri 180 milyon avro olan 25 yaşlı ulduz PSJ-də 291 oyun keçirib. O, 244 qol vurmaqla yanaşı, 105 məhsuldar ötürmə də edib.

Zərifə Nağıyeva