Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
"Unikal" xəbər verir ki, hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası üzrə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin “Azərbaycan dili” kafedrasının professor-müəllim heyəti tərəfindən Beynəlxalq Ana Dilinə həsr olunmuş “Dilimiz –milli varlığımızdır” mövzusunda xüsusi dərslər keçirilib. Tələbələr öz təqdimatlarında qeyd etmişlər ki, dil hər bir insanın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünya görüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Dosent Mətanət Əmrahova “Biznes və menecment” fakültəsinin 500-4 qrupunda, dos.Çinarə Qəhrəmanova BİM-in 1089 qrupunda, b/ müəl. Xurşud İsamayilova İqtisadiyyat” fakültəsinin 135-ci qrupunda və digər müəllimlərin Ana dilimizə həsr olunan xüsusi dərsləri tələbələr tərəfindən maraqla qarşılanmışdır.
Kafedrada bu yönlü tədbirlər mütəmadi davam etdiriləcək.