Türkiyənin ABŞ-dakı yeni səfiri məlum olub.
"Unikal" xəbər verir ki, Sedat Önal Türkiyənin ABŞ-dakı yeni səfiri təyin olunub. O, bu təyinatadək Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.
Türkiyə xarici işlər nazirin müavini Əhməd Yıldız isə BMT-dəki daimi nümayəndə vəzifəsinə təyinat alıb.