Balakəndə yaşayış evi yanaraq külə döndü.
"Unikal" xəbər verir ki, yanğın rayonun Gərəkli kənd sakini 1953-cü il təvəllüdlü Əlisoltanova Pədimə Məhəmməd qızına məxsus yaşayış evində baş verib. Yanğın yerinə Balakən rayon Yangından Mühafizə Hissəsinin yangınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 132 kvadratmetr olan, 4 otaqlı fərdi yaşayış evi içərisindəki əşyalarla ilə birlikdə tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli