Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb. Kvemo Svaneti bölgəsinin Raça-Leçxumi Oni rayonunda torpaq sürüşməsi güclənib.

"Unikal" xəbər verir ki, bu barədə rayon administrasiyası məlumat yayıb. Bildirilir ki, güclü yağışlar Utsera, Cinçvisi və Bari kəndlərində sürüşmə proseslərini gücləndirib. Bu ərazilərdə torpaq sürüşmələri yol və tikinti infrastrukturuna ciddi ziyan vurub.

Regiondakı vəziyyəti öyrənmək üçün müvəqqəti qrup yaradılıb. Sürüşmə təhlükəsi olan ərazilərə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin geoloqu tərəfindən baxış keçirilib, vəziyyət qiymətləndirilib.

Agentliyin bir qrup geoloqu Samtsxe-Cavaxeti, Quriya və İmereti bölgələrində sürüşmələrin artması vəziyyətini öyrənir. Xüsusilə Adigeni, Borjomi, Xoni və Çoxatauri bölgələrində yaşayış binalarının, infrastruktur obyektlərinin yerləşdiyi ərazilərdə araşdırma aparır.

Mütəxəssislər tərəfindən Acarıstan Muxtar Respublikası da daxil olmaqla 541 ailənin evlərinə baxış keçirilib, vəziyyət qiymətləndirilib, qabaqlayıcı tədbirlər həyata keçirilib, 300-dək ailənin sabit əraziyə köçürülməsi məqsədəuyğun hesab edilib.