İran Rusiyaya 400-ə yaxın güclü “yer-yer” tipli ballistik raketlər verib.

"Unikal" xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

“Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”, - deyə İran rəsmilərindən biri agentliyə bildirib.

Raketlərin çoxu “Fateh-110” qısa mənzilli ballistik raketlər ailəsinə aiddir. Xüsusilə, söhbət 300-700 kilometr məsafədəki hədəfləri vura bilən “Zülfiqar” raketlərindən gedir.

Bildirilir ki, Rusiya indiyədək ən azı dörd raket göndərişi alıb və yaxın həftələrdə daha çox göndərişin daşınacağı gözlənilir.

İranın Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.

Nuranə Abbasova