Müasir Qərb hərbi texnikası Ukraynadakı hərbi münaqişə kontekstində yararsız olub: onun naqillərini sözün əsl mənasında siçanlar yeyib.

"Unikal" xəbər verir ki,  bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. 

"Gəmiricilər bəzi tankların naqillərini çeynəyərək onları hərəkətsiz hala salıblar", - nəşr yazır.

Məqalə müəllifləri izah ediblər ki, Qərb texnologiyası ekoloji standartlara uyğun yaradılıb.

Bundan əvvəl Ukrayna qoşunları Qərb texnikasının keyfiyyətsiz olması və silah çatışmazlığından dəfələrlə şikayət ediblər. Hərbçilərdən biri xaricdən gətirilən 20 tankın işlək olmaması barədə paylaşım edib. 

Gülayə Mecid